RU

ABŞ Qrenlandiya ilə bağlı 1951-ci ildən bəri qüvvədə olan müqaviləni ləğv etmək istəyir

ABŞ Qrenlandiya ilə bağlı 1951-ci ildən bəri qüvvədə olan müqaviləni ləğv etmək istəyir

ABŞ Qrenlandiyada hərbi mövcudiyyətini genişləndirmək üçün Danimarka ilə 1951-ci ildə imzalanmış müdafiə sazişinə yenidən baxmaq niyyətindədir.

AFN.az “Bloomberg”ə istinadən xəbər verir ki, Vaşinqton mövcud razılaşmada yer alan məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.

Məlumata görə, hazırkı saziş ABŞ-ı Qrenlandiyada hərbi obyektlər və əməliyyatlarla bağlı əhəmiyyətli dəyişikliklər etməzdən əvvəl Danimarka və Qrenlandiya ilə məsləhətləşməyə və onları məlumatlandırmağa məcbur edir. ABŞ isə bu müddəaların dəyişdirilməsini, öz hərbi planlarının hər hansı məhdudiyyət olmadan həyata keçirilməsini məqsədəuyğun sayır.

Danimarka və Qrenlandiyanın bu təklifə razılıq verib-verməyəcəyi hələlik məlum deyil. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “Bloomberg”ə bildirib ki, detallar tərəflər arasında razılaşma əldə olunduqdan sonra açıqlanacaq.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsində əlavə olaraq müdafiə sazişi imzalayıb və bu sənədə əsasən ABŞ adanın mümkün xarici təhdidlərdən qorunmasını üzərinə götürüb.

Избранный
12
afn.az

1Источники