RU

Yaponiya Parlamentinin aşağı palatası buraxılıb

Pekn, 23 yanvar, AZƏRTAC

Yaponiya Parlamentinin Nümayəndələr Palatası rəsmən buraxılıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Baş naziri Sanae Takaiçi hökumətin iclasında parlamentin 465 yerlik aşağı palatasının buraxılması və növbədənkənar seçkilərin fevralın 8-nə təyin olunması planını təsdiqləyib.

Qeyd edək ki, aşağı palataya son seçki 2024-cü ilin oktyabrında keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Избранный
98
1
azertag.az

2Источники