RU

ABŞ 260 milyon dollar borcunu ödəmədən ÜST dən çıxdı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ təxminən 260 milyon dollar borcunu ödəmədən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, Ümumdünya Səhiyyə Assambleyası may ayında bu məsələnin həlli üçün hüquqi variantları müzakirə etmək niyyətindədir.

20 yanvar 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması barədə sərəncam imzalayıb. Dövlət başçısı təşkilatı ABŞ-DƏN "ədalətsiz dərəcədə ağır ödənişlər" tələb etməkdə günahlandırıb. 

Qeyd olunur ki, Vaşinqton təşkilatın maliyyələşdirilməsini və onunla əlaqəli işçi qruplarında iştirakını dayandırıb və nümayəndələrini geri çağırıb.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
1
unikal.az

10Источники