RU

Premyer Liqa: “Neftçi” “Zirə”ni qəbul edir

BAKI, 23 yanvar. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında 2026-cı ilin ilk oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, XVII turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında Quba Olimpiya İdman Kompleksində "İmişli" "Araz-Naxçıvan"ı qəbul edəcək. Hazırda "İmişli" 17 xalla turnir cədvəlinin 9-cu, "Araz-Naxçıvan" isə 26 xalla 6-cı pilləsində qərarlaşıb.

Günün növbəti görüşü "Palms Sports Arena"da “Neftçi" və "Zirə" komandaları arasında keçiriləcək. Hazırda Yuri Vernidubun komandası 20 xalla turnir cədvəlinin 8-ci, Rəşad Sadıqovun kollektivi isə 28 xalla 3-cü pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XVII tur

23 yanvar (cümə)

14:30. “İmişli” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

Quba OİK stadionu

19:00. “Neftçi” – “Zirə”

Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Palms Sports Arena”

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

Избранный
76
2
teleqraf.com

3Источники