"Bir uşağın əlində haçan bu oyuncağı görsəm, bilirəm ki, valideynləri boşanacaq"
“Bir uşağın əlində haçan bu oyuncağı görsəm, bilirəm ki, valideynləri ayrılmağa hazırlaşır”.
Xəbər verilir ki, bu sözləri türkiyəli “mom-bloger” Melisa Satır səhifəsində yazıb. O, 30 ildir uşaq bağçasında işləyən bir qadının sözlərinə istinadla yazıb:
“Heç vaxt yanılmadım. Sözügedən oyuncaq tək gözlü yumşaq kukla, qolu qırılan gəlincik, ya da təkəri olmayan maşındır. Bu “əskik” oyuncaqlar uşağın daxili dünyasının səssiz qışqırtısıdır. Uşaq özü də bilmədən “yaralı” oyuncağı seçir. Çünki ailəsinin yaxında dağılacağını hiss edir. Artıq ata-ana bir-birindən uzaqlaşıb, amma uşaqlar üçün bir arada durmağa çalışırlar. Uşaq isə oyuncaq seçimi ilə bunu deyir: Mən hər şeyi başa düşürəm.
Bəzən bir qız uşağı 3 il boyunca çirkli yumşaq oyuncağını yanında gəzdirir. Halbuki otağı yeni oyuncaqlarla doldur. Amma o dovşan onun həyatındakı tək sabit dostdur. Ana ona bir ev alacağına söz verir, atası dənizə aparacağını deyir. Amma dovşan həmişə yanındadır və heç vaxt yalan danışmır. Bu ailələrin hamısı gec ya da tez dağıldı.
Uşaqlar boşanmağı hər kəsdən əvvəl hiss edir. Sadəcə bunu sözlərlə ifadə edə bilmirlər. Amma oyuncaqları bunu hayqırır”, - deyə yazıda qeyd olunub.
Billurə Yunus