RU

“İlhamə Quliyevanın mal-mülkü ədalətli bölünmədi”- Şəfiqə Nağıyeva

Vəkil Şəfiqə Nağıyeva mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı diqqətçəkən açıqlamalar verib.

News365.az xəbər verir ki, onun sözlərinə görə, İlhamə Quliyeva onu tanıyır və vaxtilə Elgiz Əkbərin verilişinə dəvət aldığını bildirərək, özünü də həmin proqramda iştirak etməyə çağırıb. Şəfiqə Nağıyeva qeyd edib ki, məhz həmin verilişdən sonra efirə yolu açılıb.

Nağıyeva bildirib ki, İlhamə Quliyeva ilə münasibətləri əvvəl yaxşı olub, sonradan isə bu münasibətlər zəifləyib:

“Mən onun bütün işlərini aparmışam və udmuşam. Daha sonra İlhamə Quliyevadan uzaqlaşdım”, – deyə o qeyd edib.

Vəkilin sözlərinə görə, mərhum sənətkarın mal-mülkü ədalətli şəkildə bölünməyib. O vurğulayıb ki, İlhamə Quliyevaya çox yaxın olub və sənətkarın Orxanı çox sevdiyini yaxşı bilib. Lakin iddiasına görə, Orxana heç nə çatmayıb.

Избранный
21
news365.az

1Источники