RU

Britaniya qırıcılarla təchiz olunmuş 12-ci eskadrilyanı İran ətrafında yerləşdirməyə başladı

BAKI, 23 yanvar. TELEQRAF

Böyük Britaniya Müdafiə Nazirliyi İran ətrafında davam edən gərginlik fonunda “Typhoon” qırıcıları ilə təchiz olunmuş 12-ci eskadrilyanın Bəsrə körfəzinə göndərilməsinə başlanıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, eskadrilyanın regiona mövcud gərginlikləri nəzərə alaraq, tamamilə müdafiə xarakterli missiya ilə göndərildiyi bildirilib.

Qeyd edilib ki, onun yerləşdirilməsi Böyük Britaniya ilə Qətər arasında müdafiə sahəsində tərəfdaşlığın möhkəmliyi və davamlılığını nümayiş etdirir.

12-ci eskadrilya Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin eskadrilyalarından biridir. Bu, həm də Böyük Britaniya ilə Qətər arasında yaradılmış birgə eskadrilyadır. İki ölkə arasında müdafiə tərəfdaşlığı çərçivəsində 2018-ci ildə formalaşdırılıb.

Bəyanatda Böyük Britaniya müdafiə naziri Con Hiliyə istinadla deyilir:

“Bu tərəfdaşlıq hər iki ölkənin milli təhlükəsizliyini gücləndirir və Yaxın Şərqdə sabitliyə dəstək verir. “Typhoon” qırıcılarının göndərilməsi bir daha göstərir ki, bu təyyarələr qlobal təhlükəsizliyin möhkəmləndirilməsində nə qədər mühüm rol oynayır”.

Избранный
71
teleqraf.com

1Источники