RU

Azərbaycanlı futbolçunun legioner həyatı başa çatdı – Premyer Liqa klubu ilə anlaşdı (ÖZƏL)

Azərbaycanlı futbolçu Turan Manafovun legioner həyatı başa çatıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi karyerasını ölkəmizdə davam etdirəcək. O, “Qəbələ” klubu ilə anlaşıb.

Tərəflər arasında davam edən danışıqlar müsbət yekunlaşıb. Bölgə təmsilçisi Manafovun keçidini yaxın günlərdə rəsmən açıqlayacaq.

Azərbaycanlı müdafiəçi Cənubi Afrika təmsilçisi “Stellenboş”da çıxış edirdi. O, ötən ilin sentyabrında klubu ilə rəsmi müqavilə imzalamışdı.

Manafov cari mövsüm komandasının heyətində 10 oyunda çıxış edib.

Избранный
23
idmanxeber.az

1Источники