RU

Tramp-Zelenski görüşündə nə baş verib?

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüş əvvəlcədən hazırlanmış sənədlər imzalanmamış başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, sammit ərəfəsində Amerika rəsmiləri tərəfindən müzakirə edilən sənədlər imzalanmamış qalır. Məlumata görə, liderlərin söhbəti təxminən bir saat davam etsə də, konkret razılaşmalar əldə edilməyib.

Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Sülh Şurasının təsis mərasimində Tramp Ukraynadakı müharibənin həllində əhəmiyyətli irəliləyişlər əldə edildiyini bildirib. ABŞ prezidenti yaxın gələcəkdə həll yolu tapılacağına ümid etdiyini və müharibənin tezliklə başa çatacağını bildirib.

Избранный
86
50
publika.az

10Источники