RU

Kriptobirjada əsas aktivlərdə eniş davam edib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Kriptovalyuta bazarında əsas aktivlərdə azalma müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 0,43% azalaraq 89 537,47 ABŞ dollarına enib.

Ethereum isə son sutkada 1,75% ucuzlaşaraq 2 965,62 ABŞ dollarına enib.

Digər əsas kriptovalyutalar arasında BNB 0,14% azalaraq 889,93 dollar, XRP 1,68% enərək 1,91 dollar olub, "Solana"nın qiyməti isə 1,16% geriləyərək 128,61 dollar səviyyəsində formalaşıb.

Stabilkoinlər üzrə isə nisbi sabitlik müşahidə olunub. Tether (USDT) 0,9989 dollar, USDC isə 0,9998 dollar səviyyəsində ticarət olunub.

Eyni zamanda, Dogecoin son 24 saatda 1,16% azalaraq 0,1254 dollar, Cardano isə 0,99% ucuzlaşaraq 0,3624 dollar səviyyəsinə enib.

Sözügedən azalma investorların riskdən yayınma davranışının güclənməsi, son günlər kriptobazarında qeydə alınan mənfəət realizasiyası və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması ilə izah olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
2
apa.az

3Источники