RU

"Qalatasaray"ın yeni transferi Türkiyədə

BAKI, 23 yanvar. TELEQRAF

Son olaraq İtaliya təmsilçisi “Napoli”də çıxış edən niderlandlı futbolçu Noa Lanq “Qalatasaray”la müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.

Teleqraf Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə Napolidən Atatürk Havalimanı Ümumi Aviasiya Terminalına xüsusi təyyarə ilə gələn 26 yaşlı cinah oyunçusunu "sarı-qırmızı"ların klub rəsmiləri və bir qrup azarkeş qarşılayıb.

Qeyd edək ki, Noa Lang cari mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb və 1 qola imza atıb. Karyerası ərzində “Ayaks”, “Tvente”, “Brügge” və PSV klublarında da forma geyinən təcrübəli futbolçu Hollanda millisində 15 oyunda 3 qol vurub.

Избранный
65
teleqraf.com

1Источники