RU

Cərimələrin ləğv olunmaması MƏNTİQSİZDİR: İşləri vətəndaşı YÜKLƏMƏKDİR – Tural Abbaslıdan SƏRT SÖZLƏR

“TV Müsavat”ın canlı efirində yayımlanan verilişin qonağı Tural Abbaslı olub.

Ağ Partiyanın başqanı çıxışı zamanı pandemiya dövründə tətbiq olunan inzibati cərmələrə münasibət bildirib.

O vurğulayıb ki, həmin cərmələrin məqsədi o vaxt karantin qaydalarına əməl olunmasını təmin etmək idi. Lakin sərt karantin rejimi ləğv edildikdən sonra avtomatik olaraq həmin dövrə aid cərmələr də qüvvədən düşməlidir. Tural Abbaslının sözlərinə görə, beş il əvvəl tərtib olunmuş inzibati protokolların bu gün icraya yönəldilməsi nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırıla bilər.

Ağ Partiyanın başqanı qeyd edib ki, hazırda vətəndaşlara göndərilən çağırışlar və cərmələrin yığılması sosial narazılıq yaradır və dövlət–vətəndaş münasibətlərinə zərər vurur. O, bu qərarı “absurd” adlandıraraq, aidiyyəti qurumları məsələni yenidən nəzərdən keçirməyə və pandemiya dövrünə aid bütün cərmələrin ləğv olunması barədə qərar verməyə çağırıb.

Musavat.com

Избранный
16
editor.az

1Источники