"Tottenhem" heyətini yeni oyunçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, London təmsilçisi Joan Viktor de Souzanı transfer edib.
İngiltərəli klubu 19 yaşlı müdafiəçinin "Santos"dan transfer olunduğunu açıqlayıb. Tərəflər uzunmüddətli müqavilə imzalayıblar.
Britaniya mətbuatı bu keçidin "Tottenhem"ə 13 milyon funt sterlinqə başa gəldiyini yazıb.
Qeyd edək ki, Joan Viktor son mövsüç Braziliya çempionatında 24 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.