RU

Penzada neft anbarına PUA hücumu nəticəsində yanğın baş verib

Penza şəhərindəki neft bazasında PUA hücumu nəticəsində yanğın baş verib, ölən və xəsarət alan yoxdur.

İnterpress.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Penza vilayətinin qubernatoru Oleq Melniçenko öz “Telegram” kanalında məlumat verib.

“Səhər saat 4 radələrində (Bakı vaxtı ilə 05:00) PUA hücumu nəticəsində Penza neft bazasında yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. Hadisə yerində yanğınsöndürən qüvvələr işləyir – 46 əməkdaş və 14 texnika cəlb olunub. Sizə hadisələrin gedişi barədə əlavə məlumat verəcəyəm”, – deyə Melniçenko yazıb.

O həmçinin pilotsuz uçuş aparatlarının tətbiqinə dair foto və video materialların yayılmasına görə məsuliyyət daşıdığını xatırladıb.

Избранный
30
1
interpress.az

2Источники