RU

İranda şübhəli bilinən 15 nəfər SAXLANILIB

Ajans.az xəbər verir ki, bu barədə İİKK-nın yaydığı bəyanatda bildirilib. Məlumat Tasnim agentliyinə istinadən verilib. İran hakimiyyət orqanlarının iddiasına əsasən, saxlanılan şəxslər ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin dəstəyi ilə fəaliyyət göstəriblər. Bildirilib ki, həmin şəxslər İranın cənubunda yerləşən Hörmüzqan əyalətində məscidlərə və İslam seminariyalarına qarşı törədilən yanğınlarda iştirak ediblər. Onlar həmçinin dövlət və özəl əmlaka ziyan vurmaqda, ictimai asayişi pozmaqda, cəmiyyətdə qorxu və panika yaratmaqda, eləcə də hərbi obyektlərə hücum etməkdə ittiham olunurlar. Qeyd edək ki, etiraz aksiyaları dekabrın sonlarında milli valyutanın kəskin dəyər itirməsi və qiymətlərin sürətlə artmasından sonra Tehranda başlayıb. İran hakimiyyəti yanvarın 21-də etirazlara qarşı genişmiqyaslı basqınlara start verdiyini açıqlayıb. Bildirilir ki, İslam Respublikası kütləvi etirazları dəstəkləyən şəxslərin əmlakını müsadirə etməyə və onların biznes fəaliyyətini dayandırmağa başlayıb.

 

Избранный
69
Ajans.az

1Источники