Tacikistan səfiri “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin ölkəsi ilə paylaşılmasında maraqlı olduğunu qeyd edib. Eyni zamanda o, Pakistanda "ASAN xidmət" modeli əsasında yaradılmış “Pakistan ASAN xidmət” mərkəzinin açılışı ilə bağlıtəbriklərini çatdırıb.
Qonaqlar “ASAN xidmət” mərkəzinin,“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
AzVision.az




