RU

Davosda Qəzza qərarı: Tramp Sülh Komitəsini imzaladı, Kanada kənarda qaldı

ABŞ Prezidenti Donald Tramp Davosda Qəzzada atəşkəsin qorunması səylərinə rəhbərlik edəcək Sülh Komitəsinin yaradılması ilə bağlı sənədi imzalayıb.

Turkustan.az xəbər verir ki, imzalanma mərasimindən bir neçə saat sonra Tramp Kanadanın bu təşəbbüsdə iştirakına dair dəvəti geri götürüb.

Tramp Kanadanın Baş naziri Mark Karninin ünvanına Truth Social platformasında paylaşım edərək bildirib:
“Xahiş edirəm nəzərə alın ki, bu məktub Kanadanın indiyə qədər formalaşdırılan ən nüfuzlu Liderlər Şurasında iştirak etmək dəvətinin geri götürülməsini ifadə edir.”

Qeyd edək ki, Sülh Şurası Trampın prezidentliyi dövründə Qəzzada atəşkəsə nəzarət məqsədilə dünya liderlərindən ibarət məhdud tərkibli qrup kimi yaradılmışdı. Lakin zamanla daha iddialı formaya düşməsi, üzvlüyü və mandatı ilə bağlı yaranan suallar Vaşinqtona yaxın bəzi ölkələrin bu təşəbbüsü boykot etməsinə səbəb olub.

Kanadanın Baş naziri Mark Karni Davosda çıxışı zamanı qaydalara əsaslanan beynəlxalq nizamın “pozulduğunu” bildirib. O deyib:
“Kanada kimi orta ölçülü ölkələr təkbaşına hərəkət edə bilməz. Biz digər orta ölçülü ölkələrlə birləşməliyik. Əgər masada olmasaq, menyuda olacağıq.”

Tramp Davosun sonunda Karninin bu fikirlərinə cavab olaraq sosial mediada yayımladığı məktubda Kanadanın Sülh Şurasının Liderlər Şurasında iştirak dəvətinin rəsmi şəkildə geri götürüldüyünü bir daha vurğulayıb.

İmzalanma mərasimində ABŞ Prezidenti Donald Trampla yanaşı Türkiyə də daxil olmaqla 19 ölkənin rəsmi nümayəndələri iştirak edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
21
1
turkustan.az

2Источники