RU

"Özümü gözəl hesab etmirəm" - Nura 

"Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram. Əslində sevilməkdən də qorxuram. Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm".

Ölkə.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib.

Müğənni qeyd edib ki, onu sənəti ilə bağlı ruhdan salmaq istəyənlər də az deyil:

"Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm hələ albom kimi çıxaracam, yoxsa "single" olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram.

Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə bəziləri güc verir. İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram".

Həmidə İbrahimova

Избранный
7
3
olke.az

4Источники