RU

İngiltərə nəhəngi ulduz futbolçu üçün "Barselona"ya rəqib olacaq

“Atletiko”nun hücumçusu Yulian Alvares “Arsenal”ın maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, “topçular” argentinalı futbolçunun transfer imkanlarını hələ ötən yay araşdırıb. Lakin həmin vaxt bu məsələ real mərhələyə keçməyib.

Jurnalist Ekrem Konurun məlumatına görə, 25 yaşlı hücumçu indi da “Arsenal”ın "radarı"ndadır. İngiltərə nəhəngi qarşıdakı yay “Barselona” ilə birlikdə “matrasçılar”ın forvardı uğrunda mübarizə apara bilər.

Potensial alıcılar üçün əsas problem “Atletiko”nun mövqeyidir. Madrid klubu ulduz futbolçusunu satmaq istəmir və onun üçün təxminən 150 milyon avro tələb edir.

Избранный
60
7
publika.az

6Источники