RU

Satıcı xanıma qeyri-etik hərəkətlər etdi - Həbs olundu

Bakının Nərimanov rayonunda qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Həsən Əliyev küçəsində marketdə baş verib.

Bir nəfər şəxs tərəfindən satıcı xanıma qarşı nalayiq ifadələr işlədərək onu təhqir edib. Dərhal həmin yerə polis əməkdaşı yaxınlaşıb, həmin şəxs saxlanılıb.

Onun 1982-ci il təvəllüdlü Əmir Bağırov (ad-soyad şərti verilib – red.) olması məlum olub.

Məlum olub ki, Bağırov həmin xanıma qarşı kobud və qeyri-etik hərəkətlər edib, onu narahat edib. Qız etiraz edildikdə isə onu təhqir edərək ictimai qaydanı pozub.

İş üzrə izahat verən Bağırovun sözlərinə görə, həmin günü xanıma yaxınlaşmaqda pis məqsədi olmay“b: "Onunla tanış olmaq istəmişəm. Daha sonra banan alaraq ona yeməsi üçün təqdim etmişəm. Lakin, ona qarşı heç bir nalayiq ifadə işlətməmişəm. Sadəcə ona banan yeməsini təklif etmişəm”.

Bağlrovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Bağırov 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Избранный
57
2
bakivaxti.az

3Источники