ain.az, Sportal.az portalına istinadən məlumat verir.
"Qarabağ"ın forvardı Musa Qurbanlı Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun hücumçusu komandasının "Ayntraxt"(3:2) üzərində qazandığı qələbəni şərh edib:
"Adam bilmir ki, fikirlərini necə ifadə etsin. Möhtəşəm alındı, möhtəşəm oyun oldu, əla hisslər keçirdik. Tarixi qələbə idi. Pley-off şansımız çoxdur. Növbəti mərhələyə adlasaq, qələbə daha da mənalı olacaq. Son dəqiqə qolu ilə qazandıq. Bu da qələbəyə xüsusi rəng qatdı. Gözəl hisslər keçirdik. Düşünürəm ki, xalqımızı sevindirdik. Azarkeşlərimizə təşəkkür edirəm ki, soyuq havada bizimlə oldular, dəstək verdilər. Sanki hamı hiss edirdi ki, qol vurub, udacağıq. Gözəl alındı. Komanda xarakter göstərdi, hamı sona qədər döyüşdü. Nə gücü varsa, hamı meydanda qoydu. Belə olanda qələbə daha şirin gəlir. Möhtəşəm qələbə idi. Allah qoysa, ardı gələr, növbəti mərhələyə adlayarıq. Orada da maksimum gücümüzü ortaya qoyacağıq".Qurbanlı göstərilən nəticəyə görə qürur duyduqlarını söyləyib: "Əlbəttə ki, öz komandamızla, öz ölkəmizlə qürur duyuruq. Burada bir ailə kimiyik. Düşünürəm ki, uğurumuzun da arxasında dayanan səbəb budur. Birik, ailəyik, döyüşürük. "Ayntraxt" kimi klublara ancaq ürəklə qalib gələ bilərsən. Biz də bunu etdik, hamı meydanda öz ürəyini qoydu. Son turda da uğurlu nəticə üçün mübarizə aparacağıq".
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.