Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, "Murov Az Terminal" "Gənclər"lə üz-üzə gələcək.
Qarşılaşma "Murov Az Terminal"ın idman zalında keçiriləcək.
"Milli Aviasiya Akademiyası" isə UNEC-lə görüşəcək. Bu oyun "Milli Aviasiya Akademiyası"nın idman zalında baş tutacaq.
Hər iki görüş saat 17:00-da start götürəcək.
Xal durumu: Turan – 24, DH Volley – 21, UNEC – 17, Milli Aviasiya Akademiyası, Gəncə – hər ikisi 14, Azərreyl – 11, Abşeron – 9, Murov Az Terminal – 4, Gənclər – 0.