Ötən gecə Bakının Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"BMW F10" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir arakəsmələrə çırpılıb.
Məlumata görə, avtomobildə cinsi azlıq nümayəndəsi Ləman Qəhrəmanova və sevgilisi olub.
Hər iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
İddiaya görə qəzaya səbəb onların təqib olunması olub. Belə ki, L.Qəhrəmanova və sevgilisi bir şəxsə qarşı dələduzluq ediblər, bundan sonra mübahisə yaranıb. Qarşı tərəf hüquqmühafizə orqanlarına da məlumat verib. L.Qəhrəmanova və sevgilisi hadisə yerindən qaçmaq istəyərkən sürət həddini aşıb və qəza baş verib.