2025-ci ildə Azərbaycandan 22 ölkəyə 23 milyon 381 min 284,82 ton həcmində neft ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxil olub.
Ötən il Azərbaycan İtaliyaya 6 milyard 727 milyon 698,25 min ABŞ dolları dəyərində 13 milyon 111 min 475,6 ton, Çexiyaya 742 milyon 159,1 min dollar dəyərində 1 milyon 405 min 59,25 ton, Xorvatiyaya isə 666 milyon 587 min dollar dəyərində 1 milyon 255 min ton xam neft ixrac edib. Bundan əlavə, il ərzində Rumıniyaya 598 milyon 454,2 min dollar dəyərində 1 milyon 122 min ton və Almaniyaya 502 milyon 18 min dollar məbləğində 956 min 716 ton neft satılıb.
2025-ci ildə Azərbaycan ilk dəfə olaraq daha 3 ölkəyə neft ixrac etməyə başlayıb. Belə ki, ötən il ölkəmizdən İsveçrəyə 132 milyon 578,16 min dollar dəyərində 260 min 167,23 ton, Danimarkaya 49 milyon 689,27 min dollar dəyərində 88 min 157,38 ton və Gürcüstana 1 milyon 586,27 min dollar dəyərində 3 min 838,22 ton xam neft göndərilib.
XQ