RU

Yaponiya millisinin üzvü İtaliya klubuna doğru

Yaponiya millisinin üzvü Takehiro Tomiyasu “Ayaks”ı tərk edə bilər.

Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçiyə “Komo” maraq göstərir.

İtaliya A seriyasında yüksək yerləri hədəfləyən klub yaponla mövsümün sonunda müqavilə imzalamağı planlaşdırır. Tomiyasunun hansı qərarı verəcəyi hələ ki dəqiq deyil.

Onun “Ayaks”la müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir. O, karyerası ərzində “Avispa Fukuoka”, “Sent-Trüden”, “Bolonya” və “Arsenal” klublarında oynayıb.

 

saytlarin hazirlanmasi

Избранный
2
sportal.az

1Источники