RU

Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı YENİ QAYDA

Bakı. Trend:

Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi “Rəqəmsaldövlət maliyyəsi” informasiya sistemi üzərindən həyatakeçiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiyasistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyəaktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindənqanunda “e-mühasibat” informasiya sistemi” ifadəsi “müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiyasistemi” ifadəsi ilə əvəz olunacaq.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləritərəfindən mühasibat uçotunun elektron qaydada aparılması vəmaliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş)maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təminedəcək.

Mövcud qanunvericiliyə görə, “e-mühasibat” informasiyasistemində mühasibat uçotunun aparılmasını təmin edən proqramtəminatlarının yerləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsindəbu müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemidedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdətutulur.

Избранный
112
14
az.trend.az

10Источники