ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Zirə"nin yeni transferi Rüfət Abdullazadə klubun düşərgəsindədir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı vinger artıq bir neçə gündür ki, komanda ilə məşqlərdə iştirak edir."Qartallar" yanvarın 6-da Azərbaycan millisinin oyunçusunu heyətinə cəlb etsə də, Abdullazadə qış təlim-məşq toplanışına qatılmayıb. O, şəxsi səbəblərdən hazırlıq prosesini buraxıb.Qeyd edək ki, Rüfət Abdullazadə sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülüb. "Zirə" bu gün Misli Premyer Liqasının XVII turunda "Neftçi"nin qonağı olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.