BAKI, 23 yanvar. TELEQRAF
Bakının Nərimanov rayonunda qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Füzuli rayon sakini, 1994-cü il təvəllüdlü Elxan Müslümov (ad-soyad şərtidir – red.) Nərimanov rayonu ərazisində “PİNUP” online qumar saytına daxil olub və kazino oyunu oynayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Müslümov 3 min manat məbləğində cərimə edilib.