Dünyanın güc mərkəzləri yeni dünya nizamının formalaşması istiqamətində real addımlar atmaqda israrlıdırlar. Belə ki, dünya iqtisadiyyatının idarə olunması, qlobal qərarların qəbulu sayəsində təşəbbüsü ələ almaq uğrunda savaş özünü büruzə verməkdədir. Şübhəsiz ki, buna nail olmağın ən etibarlı yolu nüfuzlu beynəlxalq platformaların idarə olunmasından keçir. Hansı ki, həmin platformalarda strateji əhəmiyyət daşıyan ölkələrin təmsil olunması vacib şərt hesab olunur. Bu baxımdan, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktub Azərbaycanın, onun prezidentinin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə regionda yeni reallığın əsasını yaratmış oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq müddətdə davam edən münaqişəyə son qoyuldu. Ölkəmizin apardığı sivil müharibə beynəlxalq aləmdə yeni yanaşma, münaqişə ocaqlarının söndürülməsində nümunə kimi qəbil edildi. Bununla kifayətlənməyən qalib Azərbaycan Cənubu Qafqazda dayanıqlı sülh və əmin-amanlığın təmin edilməsi üçün məğlub Ermənistanla sülh təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən mütərəqqi addım kimi dəyərləndirilidi və ABŞ-nin şahidliyi ilə sülh sazişinin paraflandırılması təmin edildi. Hazırda Azərbaycan Ermənistanla sülh şəraitində yaşayır və bunun davamlı olması üçün iqtisadi əməkdaşlğa üstünlük verir. Artıq Azərbaycan Ermənistana həyati əhəmiyyət daşıyan, məğlub ölkənin iqtisadiyyatının dirçəldilməsi üçün vacib olan taxıl və neftin ötürülməsi məqsədilə sərhədlərini açıq elan edib. Azərbaycan prezidentinin yürütdüyü humanitar, balanslaşdırılmış siyasət beynəlxalq güc mərkəzlərinin, xüsuilə dünyanın bir nömrəli ofisinin gözündən yayınmayıb. Sülh, əmin-amanlıq düsturunun beynəlxalq münaqişələrdə tədbiqinə ehtiyac yaranıb.
Sözügedən çağırış deməyə əsas verir ki, hazırda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq və regional münaqişənin həlli mümkün deyil. ABŞ prezidenti Donald Trampın Sülh Şurasına Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa dəvət etməsi də məhz bu səbəbdən qaynaqlanır. Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda da bu fikir öz təsdiqini tapır: "Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur. Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm".
Məlumat üçün qeyd edək ki, Azərbaycan sözügedən dəvəti qəbul edib. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanladığı məktubda qeyd edilir: "Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm. Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq".
Bəli, Azərbaycan beynəlxalq sülh və sabitliyin təmin olunmasına daim töhfə verməyə hazırdır və bu istiqamətdə əməkdaşlığa üstünlük verir. Prezident İlham Əliyevin "İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək" fikri bu missiyanın vacibliyini ortaya qoyur. Məlum olduğu kimi fəaliyyətdə olan beynəlxalq qurumlar yeni dünya nizamında aktivliyini itiriblər. Heç bir icra mexanizmi olmayan BMT kimi beynəlxalq təşkilat sülh və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynaya bilmir. Belə halda Sülh Şurası yenu dünya nizamının ilk institutu kimi meydana gəlir və Azərbaycan da həmin qurumda təssisçi qismində təmsil olunur. Şübhəsiz ki, Sülh Şurası təkcə Qəzzada deyil, digər münaqişələrin də çözülməsində iştirak edəcək. Bu zaman münaqişələrin aradan qaldırılmasında Azərbaycan təcrübəsinin tətbiqi qaçılmaz olacaq.
Məlum olduğu kimi Sülh Şurasına 60-dan artıq dövlət dəvət olunub. ABŞ-nin yeni sülh arxitekturasında strateji əhəmiyyət daşıyan dövlətlərin dəvət olunması onun beynəlxalq instituta çevrilmək ehtimalını artırır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bu qurumda təsisçi statusunda təmsil olunması sıradan bir hadisə deyil. Dünyanın super gücü olan ABŞ hesab edir ki, Azərbaycanın sülh və təhlükəsizliyin təmin olunması, münaqişələrin çözülməsində kifayət qədər təcrübəsi var və Azərbaycan beynəlxalq təşkilatlara rəhbərlik edərkən bu istiqamətdə uğurlara imza atıb. Fakt ondan ibarətdir ki, alternativ güc mırkəzi kimi formalaşan Sülh Şurasında Azərbaycanın təmsil olunması gələcək dünya düzəminin formalaşması, qlobal qərarların qəbulunda ölkəmizin iştirakını təmin edəcək.
Alim Hüseynli
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта