RU

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

ABŞ lazım gələcəyi təqdirdə İrana cavab vermək üçün Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bunu “Newsmax” xəbər platformasına müsahibəsində deyib. “Prezident Donald Trampın çoxlu variantı var. Onun nə edəcəyini dəqiq demək istəmirəm, lakin biz regiona çoxlu qüvvələr cəmləmişik”, - deyə siyasətçi ABŞ-ın İrana qarşı siyasətini müzakirə edərkən bildirib.

Vitse-prezidentin sözlərinə görə, Tehran səhvə yol verəcəyi təqdirdə Vaşinqtonun ona cavab vermək üçün regionda lazımi resursları var.

Xatırladaq ki, bir müddət öncə Donald Tramp ABŞ-ın İrandakı vəziyyəti diqqətlə izlədiyini və regiona hərbi gəmilər də daxil olmaqla əhəmiyyətli qüvvələr göndərdiyini vurğulamışdı.

Избранный
111
3
azerbaijan-news.az

4Источники