RU

“Qəzetçilik yavaş-yavaş tarixə qovuşur” –Mehman Cavadoğlu /MÜSAHİBƏ

Tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibə verib 

AzPost müsahibəni təqdim edir:

Votsapda göndərilən məkan bizi asanlıqla Badamdardakı ünvana çatdırır. Bloku, mənzili axtarıb tapmaq lazımdır. Hardasa 27-28 il öncəni xatırlamağa çalışıram, o zaman olduğum məhəllə çox dəyişib, nə qədər yeni bina var. Zəng edirəm. “Bir az qabağa gəlin, çıxıram”, deyir. Az keçmir blokun qarşısından səsləyir. 20 ilə yaxındır görmədiyim tanınmış qəzetçi, jurnalist, publisist, tərcüməçi Mehman Cavadoğlu qarşımızda dayanıb. Dillənməsə, tanımazdım. Bircə səsi, bir də təbəssümü dəyişməyib.

Mənzilin qapısını açıb içəri dəvət edir. Xəyalən 90-cı illərin sonlarına boylanıram – xəstələnib yatağa düşəndə kollektiv halda ona evində baş çəkməyimiz, mərhum həyat yoldaşı Lətifə xanımın bizi qarşılamağı, hay-küylə otağa daxil olmağımız…

Elə o zamandan podaqra adlı mərəzdən əziyyət çəkən Mehman Cavadoğlu indi daha şiddətli ağrılarla mübarizə aparır, xəstəlik zahirən çox dəyişib onu. Çətinliklə yeriyir. Ağrıdan çəkdiyi əzabı nə qədər gizləməyə çalışsa da, hiss olunur…

Избранный
151
azpost.info

1Источники