RU

Qumar oynadığı üçün 3 min manat cərimə edildi

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bakının Nərimanov rayonunda qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Füzuli rayon sakini, 1994-cü il təvəllüdlü Elxan Müslümov (ad-soyad şərtidir – red.) Nərimanov rayonu ərazisində “PİNUP” online qumar saytına daxil olub və kazino oyunu oynayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Müslümov 3 min manat məbləğində cərimə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
59
2
bakivaxti.az

3Источники