RU

“Turan Tovuz” prezidentin oğlunu bəyənməyib

“Turan Tovuz” Maxaçqala “Dinamo”sunun futbolçusu Şamil Hacıyevin xidmətində maraqlı olmayıb.

Msport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqa klubunda baxışda idi.

Kurban Berdiyevin etimadını qazana bilməyən Hacıyevlə müqavilə imzalanmayıb. Ona görə də, futbolçu “Dinamo”ya geri qayıdıb.

Qeyd edək ki, Şamil Rusiya Premyer Liqasında mübarizə aparan “Dinamo”nun futbolçusudur və mövsümün sonuna qədər bu klubla müqaviləsi qüvvədədir. O, həmin klubun prezidenti Hacı Hacıyevin oğludur.

Избранный
114
3
msport.az

5Источники