RU

Cəzalandırılan şirkətin rəhbəri Şərurlu İsfəndiyarın qardaşı oğludur? - AÇIQLAMA

Səbail Rayon Məhkəməsinin qərarı ilə 1500 manat məbləğində inzibati cərimə tətbiq olunan “Classnet” MMC-nin “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) qardaşı İmran Axundovun oğlu Elnur Axundova məxsus olduğu deyilir. Şirkətin cəzalandırılmasında başqa səbəblərin olduğu bildirilir.

 

Məsələni dəqiqləşdirmək üçün Pravda.az-ın əməkdaşı İsfəndiyar Axundovla əlaqə saxlayıb.

 

O, “Classnet” MMC-nin adını ilk dəfə eşitdiyini deyib: “Yalandır. İlk dəfə sizdən eşdirəm. Nə məsələdir? Bu nə şirkətdir? “Classnet” MMC nə iş görür? Mənim xəbərim yoxdur. Eşitməmişəm. Elnur Axundov barədə də məlumatım yoxdur”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Yanvar 2026, 13:09   
Избранный
40
1
pravda.az

2Источники