“Əlbəttə ki, Azərbaycan bu gün istər Avropa məkanında, istər Asiya məkanında, ümumilikdə Avrasiya məkanında hər zaman iqtisadi əlaqələrin inkişafında maraqlı olub və qeyd etdiyim qitələrlə həmişə əməkdaşlığa üstünlük veribdir”. Bu sözləri SİA-ya açıqlamasında ƏHD Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin Davosda Ümumdünya İqtisadi Forumunun toplantısında iştirak etməsi də Azərbaycanın bu məkanda iqtisadi, siyasi və digər əlaqələrin inkişafında maraqlı olduğunu göstərir və hər zaman da Azərbaycan bu əməkdaşlığa üstünlük verir: “Yəni, biz bilirsiniz ki, həm də neft-qaz ölkəsiyik və Avropanın bir sıra ölkələrinə biz neft-qaz təchizatını həyata keçirtirik. Bizim neftimizi Avropa şirkətləri alır, qazımız onlara nəql olunur. Yəni, bu baxımdan Azərbaycan hər zaman bu məkanda özünün iqtisadi maraqlarının həyata keçirilməsi istiqamətində çox önəmli addımlar atır. O ki, qaldı Ermənistan-Azərbaycan sülhünün Avrasiyada yeni iqtisadi dəhlizlərinin açılması məsələsində əlbəttə ki, biz maraqlıyıq ki, ölkədə xüsusən Cənubi Qafqazda sabitlik, sülh davam etsin. Biz 30 ildən artıq münaqişənin içərisində olmuşuq və Azərbaycan 20% torpağını itirmişdi və Ermənistan hərbi qruplaşmaları tərəfindən torpqalarımız işğal olmuşdu. Ancaq bugün qeyd etdiyimiz kimi biz artıq 6 ilə yaxındır ki, biz bu məsələni həll etmişik və biz maraqlıyıq ki, Ermənistandan sülh şəraitində yaşayaq və burada sülh şəraitində yaşadıqda təbii ki, burada həm də iqtisadi maraqlar önə çəkilir. Bilirik ki, Prezidentimiz Davos görüşündə Ermənistanla hansı bir əlaqələrin qurulmasını ortaya qoyub, iqtisadi və digər əlaqələrin də artıq bilirsiniz ki, Ermənistanın Rusiyadan gələn deməli mallar bəzi hallarda Azərbaycan üzərindən də keçirilir. Bu əlaqələr sülh şəraitində davam etdirilməlidir və Azərbaycan Qafqazda sülhün təminatıdır. O cümlədən də biz bu qonşu ölkələrlə də ikitərəfli, qarşılıqlı əlaqələrin sülh şəraitində yaşamağın tərəfdarı olmuşuq. Yəni bizim hər zamanki mövqeyimiz bu cür olubdur ki, Azərbaycan heç bir qonşu ölkənin torpağını, ərazisini işğal etməyibdir. Biz yalnız öz özümüzü qanunlu torpaqlarımızın müdafiəsini təşkil etmişik ki, o torpaqlar ki, biz BMT-yə üzv olanda da Birləşmiş Millətlər Təşkilatı və 200-ə yaxın ölkə həmin ərazini Azərbaycan ərazisi kimi tanıyıb. Ona görə də biz hər zaman sülhə maraqlı olmuşuq və heç bir ölkənin torpağında gözümüz olmayıb”.