RU

Trampdan "TikTok" etirafı: Seçkilərdə ciddi rolu oldu

ABŞ prezidenti Donald Tramp "TikTok" platformasının prezident seçkiləri zamanı gənc seçicilərin dəstəyinə töhfə verdiyini iddia edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

O, "TikTok"un "böyük Amerika vətənpərvərləri və investorları qrupu" tərəfindən satın alındığını bildirib:

"Məhz buna görə də 2024-cü il prezident seçkilərində gənclərin dəstəyini almaqda bu qədər uğurlu oldum. Ümid edirəm ki, illər sonra "TikTok"dan istifadə edən və sevənlər tərəfindən xatırlanacağam".

Избранный
38
publika.az

1Источники