Təqsirləndirilən Cavid Dünyamaliyev və Cəlil Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onlara qarşı 271.3-cü (Kompyuter sisteminə qanunsuz daxil olma, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə), 272.3-cü (Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə), 273-1.4.2-cü (Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.(apa)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта