RU

4 saatlıq görüşün pərdəarxası: Qlobal münaqişəni bitirəcək anlaşma masada

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Prezident Vladimir Putin ABŞ Prezidenti Donald ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və  Trampın kürəkəni Cared Kuşnerlə görüşüb. Görüş təxminən dörd saat davam edib və konstruktiv keçib.

“Bu görüşü həmçinin son dərəcə açıq və etimada əsaslanan bir söhbət kimi xarakterizə etmək olar”, – deyə Uşakov qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri ilə görüşdə Ukrayna münaqişəsinin həlli, Əbu-Dabidə işçi qrupunun iclası, Sülh Şurası və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Kazım Kazımov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Vladimir Putin, Stiv Uitkoff və Cared Kuşner arasında baş tutan görüş tərəflər arasında dialoqun inkişaf etdiyini deməyə əsas verir:

“Xüsusilə Moskva Demokratlar dönəmində formalaşmış siyasi blokada şəraitindən mümkün qədər çıxmağa çalışır. Əlbəttə, bu gün Rusiyanın tam mənada beynəlxalq arenaya qayıtdığını demək tezdir. Lakin Vaşinqtonun yeni administrasiyasının Moskva ilə dialoqda maraqlı olduğu açıq görünür.

ABŞ-nin məqsədi Rusiyanı beynəlxalq aləmə yenidən inteqrasiya etmək deyil. Əsas məqsəd Ukrayna müharibəsinin dayandırılması və münaqişənin Şərqi Avropaya yayılma riskinin qarşısının alınmasıdır. Bundan əlavə, hazırda ABŞ üçün əsas prioritet Rusiya deyil, Çindir. Vaşinqton Moskvanın Pekinlə daha da yaxınlaşmasının qarşısını almağa çalışır və bu səbəbdən Rusiya ilə dialoq qurulur”.

“Dialoqun başlanması diqqətçəkən olsa da, real nəticələrin əldə olunduğunu söyləmək üçün hələ tezdir. Müharibə davam edir, Rusiya Ukraynada hərbi irəliləyişlərini davam etdirir və yeni ərazilər nəzarətə götürür. Bununla belə, ABŞ-nin müharibədən yorulduğunu demək olar. Kiyev və Moskvanın maksimalist tələbləri prosesi dalana dirəyir.

Hesab edirəm ki, növbəti bir neçə ay ərzində müharibənin dayandırılması istiqamətində addımlar atıla bilər. Mümkün olan ən qısa müddətdə sülh sazişinin imzalanmasına yönəlik danışıqların getdiyini müşahidə edirik”, – deyə K. Kazımov vurğulayıb.

Atilla Rzasoy

Избранный
40
nocomment.az

1Источники