RU

Metodist hazırlığı üçün müsabiqə elan edilir

Təhsil İnstitutu 2026-2027-ci tədris ili üzrə metodist hazırlığı üçün müsabiqə elan edir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Müsabiqəyə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ibtidai sinif, coğrafiya, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat, biologiya, kimya, fizika, informatika, təsviri incəsənət, texnologiya, musiqi və tarix fənn müəllimləri dəvət olunurlar.

Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeydiyyat üçün son tarix 1 mart 2026-cı ildir. 

Избранный
155
3
cebheinfo.az

10Источники