Bu həftə xizək sürərkən qəza keçirən Almaniya millisinin əfsanəvi futbolçusu Lotar Matteusun durumu yaxşılaşmaq üzrədir.
Publika.az xəbər verir ki, 1990-cı il dünya çempionu cümə axşamı əməliyyat olunub. Onun açıqlamasına görə, prosedur problemsiz və ağırlaşma olmadan keçib.
“Ümumilikdə hər şey qaydasındadır. Əməliyyat uğurla başa çatdı, özümü yaxşı hiss edirəm”, - deyə Matteus paylaşımında bildirib.
Hazırda idman kanalın ekespert kimi çalışan Matteusun bərpa prosesi yaxşı gedir və o, tezliklə işə qayıtmağı planlaşdırır.