RU

Anlaşma memarandumu yeni imkanlar üçün təməl ola bilər - Sosias

Bakı. Trend:

İspaniya və Azərbaycan arasında ikitərəfli əlaqələridərinləşdirmək üzrə ortaq iradə açıq-aşkar görünür. Biz mövcudrazılaşmaların, məsələn, turizm və təhsil sahəsində anlaşmamemorandumu kimi sənədlərin çərçivəsini genişləndirməyin vacibliyibarədə danışdıq. Bu, Azərbaycan təhsil sistemində ispan dili vəmədəniyyətinin daha geniş yayılmasına kömək edir və gələcəkdə çoxmaraqlı imkanlar üçün təməl ola bilər.

Trend xəbərverir ki, bunu Milli İspaniya Krallığı Deputatlar Konqresinin sədriFransina Armenqol Sosias Məclisin sədri Sahibə Qafarova ilə birgəkeçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu səfərlə İspaniyanın AzərbaycanRespublikası ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, eləcədə davamlı və yüksək səviyyəli siyasi və institutlararası dialoqunaparılmasına sarsılmaz bağlılığı nümayiş etdirilir:

"İspaniya Deputatlar Konqresinin sədri kimi, may ayında ölkəmizəetdiyi rəsmi səfərə cavab olaraq bu səfəri həyata keçirmək vəbeləliklə parlamentlərimiz və ölkələrimiz arasındakı əlaqələri dahada gücləndirmək mənim üçün böyük şərəfdir.

Parlament diplomatiyası – bu mövzuda həmfikirik – ölkələrarasında anlaşmanı dərinləşdirmək, etimad yaratmaq və regionalsabitliyə töhfə vermək üçün vacib vasitədir.

İspaniya Bakıda öz institusional iştirakını inkişaf etdirməyəçalışır və hər iki ölkə bu istiqamətdə uyğun şərait yaratmaq üçünişləyir. Bu ikitərəfli əlaqələrdə şübhəsiz ki, iqtisadi və ticarətpotensialı böyükdür və son zamanlar ölkələrimiz arasında İqtisadiStrateji Dialoqun başlanması ilə daha da artırılmışdır.

Sonda qeyd etmək istərdim ki, biz həmçinin parlamentlərarasıəməkdaşlığı yalnız ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq vəAvropa forumlarında artırmaq marağını paylaşdığımızı vurğulamaqvacibdir.

Beləliklə, ölkəmiz bu regionda sabitlik, sülh və anlaşmaya,eləcə də Azərbaycan Respublikası ilə əlaqələrinmöhkəmləndirilməsinə bağlılığını bir daha təsdiqləyir".

Избранный
143
2
az.trend.az

3Источники