RU

Finlandiyada xeyli hərbçi güclü donvurma xəsarətləri alıblar

Laplandiya bölgəsində təlimlər zamanı təxminən qırx Finlandiya hərbçisi güclü donvurma xəsarətləri alıb.

Bu barədə RMF24 məlumat yayıb.

Məlumata görə, təlim zamanı temperatur mənfi 34 dərəcəyə, bəzi günlərdə isə mənfi 40 dərəcəyə qədər düşüb. Bu, onlarla hərbçinin donvurmadan əziyyət çəkməsinə səbəb olub.

Finlandiya ordusu hadisəni təsdiqləyərək, təlimin mövcud qaydalara və təhlükəsizlik tədbirlərinə uyğun keçirildiyini bildirib.

Xəbərdə bildirilib ki, Laplandiyada ixtisaslaşmış hərbi bölmələr yerləşir. Həmin qoşun növləri həddindən artıq soyuq və qütb gecəsi şəraitində əməliyyatlar üçün hazırlanır.
Избранный
25
7news.az

1Источники