RU

SOCAR qlobal biznesini genişləndirir: Afrika, Avropa və innovasiyalar

Bakı. Trend:

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində AzərbaycanDövlət Neft Şirkəti (SOCAR) neft-qaz yataqlarına investisiyalar,beynəlxalq pərakəndə satış şəbəkəsinin genişləndirilməsi vətexnoloji transformasiyanı birləşdirən iddialı qlobal genişlənməplanını təqdim edib. Bu təşəbbüslər Azərbaycanın Şərq və Qərbarasında enerji körpüsü rolunu gücləndirməyə yönəlmiş uzunmüddətlistrategiyasını əks etdirir, eyni zamanda regional əməkdaşlıq vəenerji təchizatının şaxələndirilməsi üçün yeni imkanlaryaradır.

Əsas sövdələşmə Kot-d’İvuarda yerləşən “Baleine” neft-qazyatağının işlənməsi layihəsində İtaliyanın Eni S.p.A. şirkəti iləbirgə 10 faiz payın əldə edilməsi olub. 2021-ci ildə kəşf edilən vəhazırda gündəlik 62 min barel neft və 75 milyon kub fut qaz hasiledən yataq üçüncü mərhələdə hasilatı gündəlik 150 min barel neft və200 milyon kub fut qaza çatdıracaq. Layihə Afrikada sıfıremissiyalı ilk dəniz neft-qaz layihəsi kimi mövqeləndirilir ki, buda SOCAR-ın dayanıqlı inkişaf standartlarına sadiqliyini nümayişetdirir.

SOCAR-ın Avropa pərakəndə satış bazarındakı genişlənməsi də azəhəmiyyətli deyil . Hazırda SOCAR şəbəkəsi Avstriya, İsveçrə,Ukrayna, Gürcüstan, Rumıniya və Türkiyədə 564 yanacaqdoldurmastansiyasını əhatə edir. Bu addımlar Azərbaycan şirkətininbeynəlxalq bazarlardakı təsirini gücləndirir, brend tanınmasınıartırır və regionlar arasında enerji inteqrasiyası üçüninfrastruktur körpüləri yaradır.

Texnoloji innovasiyalar SOCAR-ın strategiyasının əsaselementlərindən olaraq qalır. “SOCAR Carbamide” zavodu “GlobalLighthouse Network”un nüfuzlu şəbəkəsinə daxil edilmiş və “Industry4.0” texnologiyalarının tətbiqinə görə “Digital Lighthouse Award”mükafatına layiq görülüb. Süni intellekt, robotlaşdırma və rəqəmsalalətlərin istifadəsi məhsuldarlığı 21%, təbii qazdan istifadəsəmərəliliyini 24% artırmış, karbon emissiyalarını isə 19% azaldıb.. Bu nailiyyətlər SOCAR-ın rəqabətə davamlılığını gücləndirərəkdayanıqlı inkişafla texnoloji innovasiyaların paralel şəkildəirəliləyə biləcəyini sübut edir.

Eyni zamanda şirkət beynəlxalq əməkdaşlıq vasitəsilə rəqəmsal vəekoloji gündəmini genişləndirir: İsveçrənin “SICPA SA” şirkəti iləenerji resurslarının izlənməsi üzrə saziş, “Planet Labs PBC” iləətraf mühitin peyk vasitəsilə monitorinqi üzrə tərəfdaşlıq, eləcədə “Honeywell” və “ADNOC Group” ilə təmiz enerji və dayanıqlıinfrastruktur sahəsində birgə təşəbbüslər həyata keçirilir.

SOCAR-ın maliyyə dayanıqlılığı aparıcı beynəlxalq reytinqagentlikləri tərəfindən təsdiqlənir. “Moody’s” şirkətin reytinqiniinvestisiya səviyyəsi olan “Baa3”ə yüksəltmiş, “S&P GlobalRatings” uzunmüddətli kredit reytinqini müsbət proqnozla “BB”səviyyəsinə qaldırmışdır. “Sustainable Fitch”in qiymətləndirməsinəəsasən SOCAR-ın ESG reytinqi “3” səviyyəsindədir ki, bu darisklərin etibarlı idarə olunmasını, emissiyaların azaldılmasıməqsədlərini və korporativ idarəetmədə mövcud çağırışları əksetdirir.

SOCAR-ın təşəbbüslərinin regional və qlobal təsiriniqiymətləndirməmək mümkün deyil. Afrika genişlənməsi dünyaenergetikası üçün yeni təchizat nöqtələri yaradır, Avropa pərakəndəşəbəkəsi əsas bazarlarda mövqeləri gücləndirir, texnoloji və ESGtəşəbbüsləri isə şirkətin investisiya cəlbediciliyini artırır.Azərbaycan üçün bu, təkcə korporativ kapitalın artması deyil, həmdə ölkənin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimimövqeyinin möhkəmlənməsidir. Region üçün isə enerji əməkdaşlığınıninkişafı, inteqrasiya olunmuş təchizat zəncirlərinin formalaşmasıvə yaşıl enerji sahəsində birgə investisiyalar üçün yeni imkanlardeməkdir.

SOCAR nümayiş etdirir ki, milli neft-qaz şirkəti də qlobalambisiyaları, innovasiyaları və dayanıqlı inkişafı uğurlabirləşdirə, Azərbaycanın enerji brendini dünya arenasındaformalaşdıra və qlobal energetikada daha təhlükəsiz və dayanıqlıgələcək üçün əsas yarada bilər.

Məqalədə:
Избранный
88
1
az.trend.az

2Источники