Bakı. Trend:
2025-ci il ərzində Azərbaycandan xaricə ixrac olunan at ətininmiqdarı açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan QidaTəhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində Azərbaycandan ümumilikdə 120ton at əti ixrac olunub.
“At əti Azərbaycandan Qazaxıstan Respublikasına ixrac edilib”,məlumatda qeyd edilib.
Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiyaölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. Ənçox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan,Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksikadaxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusiləməşhurdur. Bu ölkələrdə at əti zülal və dəmir baxımından zənginhesab edilir.