Ötən il Azərbaycan telekanallarında hansı janrda proqramlar üstünlük təşkil edib? - SİYAHI
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.1news.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Bildirilib ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsünə görə, 23,47 % informasiya və analitik proqramlar, 16,33 % musiqi və əyləncəli proqramlar, 15,90 % idman proqramları, 13,45 % bədii filmlər və seriallar, 10,90 % reklam məzmunlu materiallar yer alıb. Mədəni-maarif janrında proqramlar 8,04 %, anonslar, elanlar 3,82 %, sosial yönümlü proqramlar 2,93 %, sənədli film və materiallar 2,89 %, sosial çarxlar 1,17 %, uşaq proqramları və cizgi filmləri isə 1,10 % yer alıb.