RU

Energetik içkilər dişlərini MƏHV ETDİ: 18 yaşlı gənc dişsiz qalmaq riskindədir – FOTO

Energetik içkilər 18 yaşlı gəncin dişlərini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Nijni Novqorod şəhərində 18 yaşlı gənc enerji içkilərinə aludəçiliyi səbəbindən az qala dişlərindən olacaqdı. Gənc oğlan bir neçə həftə ərzində fasiləsiz olaraq energetik içkilər qəbul edib.

Bu zərərli vərdiş nəticəsində onun ağız suyunda turşuluq səviyyəsi kəskin artıb və diş minası parçalanmağa başlayıb.

Həkimlər vəziyyəti xilas etmək üçün zədələnmiş dişlərdəki bütün sinirləri çıxarmaq məcburiyyətində qalıblar. Diş minası plomblarla bərpa edilib, yaranmış ərplər isə təmizləmə proseduru ilə aradan qaldırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
6
interpress.az

1Источники