RU

Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açankomitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibəti iləkomitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlardiləyib.

Trend xəbərverir ki, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəlZahid Oruc dünyada və regionda baş verən ictimai-siyasi proseslərətoxunub, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinDavosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərinibölüşüb.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – 2025-ciilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülənişlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçüniş planının layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri, payız sessiyasında komitənin səmərəli fəaliyyətgöstərdiyini, bu müddətdə 10 iclasının keçirildiyini, 11 məsələyəbaxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisinmüzakirəsinə tövsiyə edildiyini qeyd edib. Bildirilib ki, ötənsessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciətdaxil olub.

Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2026-cı ilinyaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeydedilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsalsuverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək,qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələrimüzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkilediləcək.

Komitənin üzvləri Mircəlil Qasımlı, Azər Allahverənov, MübarizQurbanlı, Səyyad Aran, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, RaziNurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov və Tural Gəncəliyevmüzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir vətəkliflərini səsləndiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlərqənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün işplanının layihəsi təsdiq edilib.

Tədbirdə deputat Sevil Mikayılova və digər rəsmi şəxslər iştirakediblər.

Milli
Milli
Milli
Milli
Избранный
60
9
az.trend.az

10Источники