RU

Türkiyə millisinin üzvü qəzada ölüb: Azərbaycan vətəndaşı SAXLANILIB

16:03 23.01.2026
16:03 23.01.2026

Türkiyənin Samsun şəhərində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanılıb.

Mynews.az Demirören Xəbər Agentliyinə (DHA) istinadən xəbər verir ki, park edilmiş yük maşınına çırpılan motosikletin sürücüsü Umut Can Turan qəza nəticəsində həyatını itirib.

Motosikletçi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, Umut Can Turan Türkiyə milli badminton komandasının keçmiş üzvü olub və son vaxtlar kuryer kimi çalışıb.

Məlumata əsasən, mərhumun motosikletinin çırpıldığı yük maşınının sürücüsü, Azərbaycan vətəndaşı Nadir S. hadisə ilə bağlı saxlanılıb.


Избранный
91
1
mynews.az

2Источники