RU

Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

BAKI,AzerVoice

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu təşkil olunur.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də Ağsu rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Ağsu rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

Избранный
11
7
turkic.world

10Источники