Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada ilk dəfə böyük səhnəyə Hüseyn Cavid obrazında çıxacaq.
O bildirib ki, layihənin əsas leytmotivi görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin unudulmaz misralarıdır.
Tamaşada Xalq artisti Mehriban Zəki, aktyor Elşən Əsgərov, musiqiçi Vaqif Əsədov, pianoçu pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi iştirak edirlər.
Qeyd edək ki, tamaşa martın 5-i Heydər Əliyev Sarayında təqdim olunacaq.